Azərbaycan Baş Prokurorluğu Azərbaycan hərbçiləri tərəfindən guya erməni əsgərlərinin güllələnməsi videosunun araşdırılması məqəsdilə xüsusi istintaq qrupu yaradıb. Bu barədə baş prokuror Kamran Əliyev bəyan edib.
"Bizi bəzi səfirliklərin (Azərbaycanda - IF), eləcə də ölkələrin davranışları narahat edir. Burada ikili standartlar görünür. Nədənsə heç kim sual etmir ki, niyə Ermənistan tərəfi Azərbaycan hərbçilərinə qarşı bu cür fakt ilə əlaqədar (Azərbaycan hərbçilərinin güllələnməsi və ya Azərbaycan hərbçilərinin meyitlərinin təhqir edilməsi - İF) ilə bağlı araşdırma aparmayıb. Azərbaycan hər zaman belə videoları araşdırıb və 4 nəfər barəsində cinayət işi açılıb", - Əliyev cümə axşamı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, son videoya gəlincə (sosial şəbəkələrdə keçən həftə sonu - IF), «istintaq gedir və onun nəticələri açıqlanacaq». Bununla yanaşı, o, bu araşdırma ilə bağlı xüsusi istintaq qrupunun yaradıldığını vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu cür hücumlarla Azərbaycana təzyiq göstərməyə çalışırlar. «Biz ikili standartların tətbiqinə qarşıyıq və bu cür məsələlərdə obyektivlik görmək istərdik», - deyə baş prokuror əlavə edib. **
B.Rüstəmbəyov