Azərbaycan Baş Prokurorluğu Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) işğalı dövründə Ermənistanın vurduğu ekoloji ziyanı 16,2 milyard manat həcmində (cari məzənnə ilə $9,53 milyard) qiymətləndirir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Baş Prokurorluq cümə axşamı keçirilən bnrifinqdə məlumat verib ki, ilkin araşdırmalara əsasən, Ermənistan və onun vəzifəli şəxsləri Qarabağ və Şərqi Zəngəzurda mineral-xammal yataqlarından qanunsuz istifadə, habelə 1992-2020- cu illərdə bu ərazilərdə ekoloji terror nəticəsində Azərbaycana 16 milyard 200 milyon 59,475 min manat ziyan vurublar.
Bundan başqa, prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin və Qarabağ və Şərqi Zəngəzurda ayrı-ayrı şirkətlərin törətdiyi iqtisadi cinayətlər üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən iki cinayət işi açılıb. «İlkin araşdırma göstərib ki, 6 şirkət bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyət nəticəsində Azərbaycana 306 milyon 821,02 min manat (cari məzənnə üzrə $180,5 milyon) ziyan vurub», - Prokurorluqdan bildirilib.
Prokurorluğun məlumatına görə, əvvəllər işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə, Qarabağa qanunsuz səfərlərlə əlaqədar hazırda 19 nəfər axtarışa verilib, 35 ölkəyə 166 hüquqi şəxs barəsində hüquqi tapşırıq göndərilib. **
B.Rüstəmbəyov