Rusiya və Azərbaycan Moskvaya qarşı sanksiyalar şəraitində qarşılıqlı əlaqənin inkişafı ilə bağlı operativ qərarlar qəbul edə bilirlər, bu tədbirlər ilk növbədə ticarət-iqtisadi əməkdaşlıq sahəsində nəticələr verir. Bu barədə RF baş naziri Mixail Mişustin Moskvada keçirilən Xəzər İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının baş naziri Əli Əsədovla görüş zamanı bəyan edib.
"Dost olmayan dövlətlərin Rusiyaya qarşı qanunsuz iqtisadi sanksiyaları şəraitində hökumət xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığının daha da inkişafına yönəlmiş operativ qərarlar qəbul edilir. Bu tədbirlər artıq ilk növbədə ticarət-iqtisadi əməkdaşlıq sahəsində nəticələr verir ", - Mişustin bildirib.
Mişustin bildirib ki, Rusiyanın Azərbaycana qoyduğu investisiyalar 4,5 milyard dollara, Rusiyaya qoyulan Azərbaycan investisiyaları isə təxminən 1,5 milyard dollara çatır. 2022-ci ilin yanvar-avqust aylarında iki ölkənin qarşılıqlı ticarət dövriyyəsi 11,5% artaraq $2,2 milyard dolları keçib.
«Əlbəttə ki, bu göstəriciləri yeni perspektivli layihələrin işə salınması, energetikada sənaye və istehsal zəncirlərinin yaradılması, kənd təsərrüfatı istehsalında nəqliyyatin yenilənməsi hesabına artırmaq lazımdır», - Mişustin vurğulayıb.
Əsədov, öz növbəsində əmin edib ki, Rusiya hər zaman Azərbaycanın vacib siyasi və iqtisadi tərəfdaşı olub və olaraq qalır, Bakı Moskva ilə işə birinci dərəcəli əhəmiyyət verəcək.
«Rusiya Federasiyası hər zaman bizim üçün mühüm siyasi və iqtisadi tərəfdaş olub və qalmaqdadır. Prezidentimizin başçılığı ilə Rusiya ilə iş və fəaliyyətə önəm verçişik və gələcəkdə də əsas, öncül əhəmiyyət verəcəyik», - Azərbaycanın baş naziri vurğulayıb.
Əsədov xatırladıb ki, sentyabrın 9-da Rusiya, Azərbaycan və İran «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında Bakı Bəyannaməsini imzalayıblar.
Əsədov qeyd edib ki, Rusiya və Azərbaycan tərəfləri layihənin icrası üçün öz işçi komissiyalarını təqdim ediblər, İran isə hələ yox. Azərbaycanın Baş naziri bildirib ki, İranın birinci vitse-prezidenti Məhəmməd Mohber ilə görüş zamanı komissiyanın təqdim edilməsini xahiş edəcək ki, işlər daha intensiv getsin. **