Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, oktyabrın 6-da Praqada keçiriləcək Azərbaycan və Fransa prezidentləri və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüşdə Cənubi Qafqazda davamlı sülhün irəliləməsi müzakirə olunacaq.
“Bu gün Praqada Azərbaycan prezidenti Ilham Əliyevlə görüş keçirdim. Bu gün gündüz Fransa prezidenti Emmanuel Makron ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münasibətləri və regionda davamlı sülhün irəliləməsini müzakirə etmək üçün yenidən Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə görüşəcəyik”, - Mişel cümə axşamı Twitter hesabında yazıb. **
R.Kərimov