Cümə axşamı Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
“Azərbaycan və Türkiyənin nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəməri, Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ötürülməsi, həmçinin TPAO və BOTAS ilə əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr apardıq”, - Şahbazov Twitter hesabında yazıb.
Həmçinin, nazir məlumat verib ki, Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Dönməz ilə karbohidrogen xammalı, bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə üzrə işçi qruplarının fəaliyyəti müzakirə olunub.
“Yeni birgə layihələr üçün böyük imkanlar var”, - Şahbazov yazıb. **
N.Abbasova