Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması ilə bağlı qarşı tərəfinin növbəti feyk xəbərini təkzib edib.
“Ermənistan müdafiə nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir”, - məlumatda deyilir.
Müdafiə Nazirliyindən bildirilib ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. **
X.Nəsirzadə