Azərbaycan Baş Prokurorluğu tərəfindən Lənkəranda bir neçə vəzifəli şəxs barəsində cinayət işi başlanıb.
“İnterfaks-Azərbaycan” agentliyi Baş Prokurorluğa istinadən məlumat verir ki, və daşınmazı əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsinə görə rüşvət almaqda ittiham olunan Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev barəsində cinayət işi başlanıb.
Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Baş Prokurorluq tərəfindən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı sənədlərin tərtib edilməsinə görə rüşvət almaqda ittiham olunan Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev barəsində cinayət işi başlanıb.
Nuriyevə Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib. **
X.Nəsirzadə