Azərbaycan prezidenti İlham Əliyev sülh müqaviləsinin hazırlanması məqsədilə Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər (oktyabrın 2-də Cenevrədə - İF) və bizim fikrimizcə, bunun arası kəsilməməlidir. Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib. **
R.Əhmədov