Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı bəyan edib ki, Praqada Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən dördtərəfli görüş Bakı ilə İrəvan arasında sülh prosesinə müsbət təkan verib.
“Bu görüş zamanı (oktyabrın 6-da Praqada - İF) da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”, - Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
O cümlədən, Əliyev Aİ Şurasının prezidenti Şarl Mişelin danışıqlar prosesindəki rolunu qeyd edib. “Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə