Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov İtaliya Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.
“Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”, - Müdafiə Nazirliyi məlumat verir.
Xəbər verildiyi kimi, Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edir. **
R.Əhmədov