Azərbaycanda koronavirus infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 27-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 72 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 927 nəfər təşkil edir.
Virusa yoluxmuş 811 min 508 nəfər (sutka ərzində +129) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 592 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 202 (ötən gün 2 min 848 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 269 min 145 test aparılıb.**
B.Rüstəmbəyov