ABŞ Dövlət Departamentində hesab edirlər ki, Aİ-nin Cənubi Qafqaz regionuna müşahidəçilər missiyası Azərbaycanla Ermənistan arasında danışıqlara töhfə verəcək.
“Biz Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin görüşündən ilhamlandıq və Fransa prezidenti və Aİ Şurası prezidentinin hərtərəfli sülh prosesinə təkan vermək səylərini alqışlayırıq. Xüsusilə, Aİ-nin regiondakı müşahidəçilər missiyası məsələsində irəliləyişi alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın qurulmasına yönəlib və Ermənistan-Azərbaycan danışıqlarına töhfə verməyə davam edəcək”, - Dövlət Departamentinin nümayəndəsi Vedant Patel brifinqdə bildirib. **
R.Kərimov