Krım körpüsündə yük maşınının partlaması nəticəsində ilkin məlumatlara əsasən, üç nəfər həlak olub. Bu barədə RF İstintaq Komitəsi şənbə günü Teleqram kanalında məlumat verib.
"İlkin məlumatlara əsasən, hadisə nəticəsində 3 nəfər həlak olub. Həmin şəxslərin yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu güman edilir", - məlumatda deyilir.
Qeyd olunur ki, «hazırda həlak olan iki nəfərin - kişi və qadının meyitləri artıq sudan qaldırılıb, onların şəxsiyyətləri müəyyənləşdirilir».
Məlumatda deyilir ki, yük avtomobilinin sahibinin Krasnodar diyarının sakini olduğu müəyyən edilib. Onun yaşayış yeri üzrə istintaq hərəkətlərinə başlanılıb, nəqliyyat vasitəsinin hərəkət marşrutu və müvafiq sənədlər öyrənilir.
Öncə məlumat verilib ki, şənbə günü səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb, nəticədə qatarın yanacaq çənləri yanıb.
Körpüdə avtomobillərin və qatarların hərəkəti dayandırılıb. Kerç bərə keçidi öz işini bərpa edir. **