Azərbaycanda koronavirus infeksiyasına 77 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 104-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 90 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 16,9% artıb.
Ardıcıl iki gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 927 nəfər təşkil edir.
Virusa yoluxmuş 811 min 597 nəfər (sutka ərzində +89) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 580 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 166 (ötən gün 2 min 202 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 271 min 311 test aparılıb.**
R.Kərimov