Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyi (DTA) Naftalan şəhərinə jurnalistlər üçün mediatur təşkil edib.
KİV nümayəndələrinə müalicəvi nefti ilə tanınan Naftalanın turizm potensialı barədə ətraflı məlumat verilib, turistlər üçün yaradılmış şərait, həmçinin müalicə prosedurları nümayiş olunub.
Mediatur çərçivəsində Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı baş tutub.
Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyəti turistlərin məlumatlandırılması, yeni turizm məhsulların yaradılmasına dəstək göstərmək, mövcud xidmətləri inkişaf etdirmək, kiçik və orta biznesə dəstək olmaq, regionda turizmin və dövlət-özəl əməkdaşlığının inkişafıdır.
Bundan əlavə, Mərkəz Naftalan şəhərindən əlavə, həmçinin Qərb bölgəsi üzrə əyləncəli ekskursiya proqramlarının hazırlanması, hotellərdə yerləşmə, nəqliyyat və bələdçi xidməti ilə bağlı dəstək verilməsi, o cümlədən veloturların təşkili xidmətləri göstərəcək. **
X.Nəsirzadə