Azərbaycan prezidenti İlham Əliyev şənbə günü “Mikayıl Hüseynovun və Sadıq Dadaşovunbirgə abidəsinin ucaldılması haqqında” sərəncam imzalayıb.
“Memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılsın”, - dövlət başçısının saytında dərc olunan sənəddə deyilir.
Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. **
R.Kərimov