Rəsmi Bakı Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa işləri çərçivəsində 150 min iş yeri yaratmaq niyyətindədir. Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bəyan edib.
"Əlbəttə ki, əhalinin azad edilmiş ərazilərə qayıtmasını təmin edən əsas amil iş yerləri ilə təmin edilməkdir. Bütövlükdə, ancaq Qarabağ iqtisadi rayonu üzrə 150 min iş yerinin yaradılmasına ümid edirik ki, bu da öz növbəsində ÜDM-in artımına təkan verəcək”, - Hüseynov şənbə günü Naftalanda keçirilən “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransda bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, sənaye və hasilat, ASK və turizm, o cümldən dövlət sektorunda iş yerlərinin yaradılması və KOS-ların inkişafı regionun inkişafının təkanverici qüvvəsi olacaq.
Hüseynov əlavə edib ki, yerli və xarici mütəxəssisləri cəlb etməklə hökumət Qarabağ iqtisadi rayonunun turizm potensialını diqqətlə öyrənir.
O, həmçinin qeyd edib ki, bu günədək artıq Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Tuğ kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsinin turizm konsepsiyaları hazırlanıb.
Hüseynov bildirib ki, ilkin proqnozlara əsasən, 2026-cı ilədək tamamlanacaq ilkin mərhələdə Füzuli, Ağdam rayonlarında 32 kəndin bərpası və 66 min nəfərin oz yurdlarına qayıtması planlaşdırılır. **
X.Nəsirzadə