Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təliminin intensivliyini artırmaq vəzifəsini qarşıya qoyub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Vəliyev şənbə günü Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olarkən müvafiq tapşırıq verib.
“Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin daha da artırılması, həmçinin əldə edilən döyüş təcrübəsinin keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub”, - məlumatda deyilir. **
R.Kərimov