Azərbaycanın futbol üzrə milli komandası Almaniyada AVRO-2024 seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya komandaları ilə qarşılaşacaq. Bazar günü Frankfurt şəhərində keirilən AVRO-2024 seçmə mərhələsinin püşkatma mərasiminin nəticələri belə oldu.
Azərbaycan milli komandası F qrupunda çıxış edəcək.
Seçim mərhələsində 53 milli komanda iştirak edir. Onlar 10 qrupa bölünüb, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda yer alıb.
Azərbaycan millisi püşkatma zamanı dördüncü səbətdə qərarlaşıb.
Daha əəvvəl EUFA-dan dəqiqləşdiriblər ki, milli komandalar UEFA Millətlər Liqasının 2022/23 mövsümünün ümumi reytinqinə uyğun olaraq ayrılıb və yeddi səbətə bölünüb.
Avropa Çempionatı 14 iyun-14 iyul 2024-cü il tarixlərində Almaniyanın 10 şəhərində keçiriləcək. **
R.Kərimov