Prezident İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfərinə gedəcək.
“Səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli danışıqlar aparılacaq”, - deyə Qırğızıstan Prezidentinin saytında məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, ölkə liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair aktual məsələləri, habelə səmərəli qarşılıqlı əlaqələrin qurulması və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
“Səfər zamanı, həmçinin Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi planlaşdırılır. Bundan başqa, Qırğızıstan-Azərbaycan Dostluq parkının, eləcə də Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov