“BQ AQRO” şirkəti təşkilati-hüquqi formasının dəyişdirildiyini elan edib.
Elana əsasən, şirkət MMC-dən QSC-yə çevrilib.
“BQ AQRO” şirkəti 2017-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb və Abşeron rayonunda fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 6 milyon 154 min manatdır.
Şirkət istixana təsərrüfatlarında pomidor və digər tərəvəzlərin yetişdirilməsi və ixracını həyata keçirir.*
R.Əhmədov