“Bank Melli İran”ın Bakı filialı 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 5% - 91 milyon 225,136 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 0,4% - 9 milyon 810,21 min manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 51 milyon 433,111 min manat (31 dekabr 2021-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 7%), investisiya qiymətli kağızları 25 milyon 548,672 min manat (artım 42,4%) təşkil edir.
30 sentyabr 2022-ci il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 54 milyon 449,026 min manata (artım 5,9%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 18% – 27 milyon 107,881 min manata qədər, müştəri hesabları 11,2% - 10 milyon 933,886 min manata qədər artıb.
Bankın kapitalı 36 milyon 776,11 min manat (artım 3,8%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin 9 ayının yekunları üzrə bankın filialının xalis mənfəəti 1 milyon 357,221 min manat (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 40,8%) məbləğində olub. 2022-ci il sentyabrın 30-na bankın bölüşdürülməmiş zərəri 36 milyon 835,062 min manat (ilin əvvəlindən azalma 3,6%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.*
X.Nəsirzadə