Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri oktyabrın 12-də Astanada görüşəcəklər. Bu barədə “İnterfaks”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan məlumat verib.
“Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun görüşü planlaşdırılır”, - deyə o bildirib.*