“Rossiya” aviaşirkəti oktyabrın 31-dən etibarən Soçi-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Bu barədə “Aeroflot” şirkəti məlumat yayıb.
“Oktyabrın 31-dən etibarən Soçidən Bakıya birbaşa reyslərə start verilir”, - deyə məlumatda bildirilir.
Uçuşlar “SuperJet 100” tipli təyyarələrlə hər gün həyata keçiriləcək.*