Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 15 müəssisəsinin ölkəyə heyvan mənşəli məhsullar ixrac etməsinə icazə verib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən bildirir ki, ət və subməhsullar, hazır ət məhsulları, süd və süd məhsulları, balıq və arıçılıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan Rusiya müəssisələri ixrac icazəsi əldə edib.
Bu qərar şirkətlərin Azərbaycanın səlahiyyətli orqanının baytarlıq-sanitar tələblərinə uyğunluğuna dair “Rosselxoznadzor”un təqdim etdiyi zəmanətlər əsasında qəbul edilib.
Hazırda Rusiyanın 1088 müəssisəsi Azərbaycana məhsul ixrac etmək icazəsinə malikdir.*
R.Kərimov