Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
“Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili oktyabrın 12-də Xarici İşlər Nazirliyinə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb”, - deyə XİN-in açıqlamasında bildirilir.
XİN-dən qeyd olunub ki, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.*
X.Nəsirzadə