Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini sərhəddə Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutmaqda ittiham edib.
“Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb”, - deyə nazirliyin məlumatında bildirilir.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.*
X.Nəsirzadə