MDB Xarici İşlər Nazirləri Şurasının Astanada keçirilən iclasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri, regional və beynəlxalq gündəliyin aktual aspektləri müzakirə edilib. Bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
İclas oktyabrın 12-si axşam Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdinin sədrliyi ilə keçirilib.
“İclasın yekunları üzrə Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə yönəlmiş bir sıra qərarlar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri iştirak ediblər.*