Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6496 manat/1EUR səviyyəsində (oktyabrın 12-nə 1.6513 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0261 manat/1RUB səviyyəsində (oktyabrın 12-nə 0.026 manat/1RUB) müəyyən edib.
Oktyabrın 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0915 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov