“B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi MMC-nin elanına istinadən xəbər verir ki, nizamnamə kapitalı 8 milyon 962,298 min manat (44,2%) - 7 milyon 98,702 min manatadək azaldılıb.
“Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53 ünvanına bildirə bilərlər”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC 2022-ci ilin avqust ayında elektron hərrac vasitəsilə özəlləşdirilib. Müəssisənin faydalı sahəsi 58,472 min kvadratmetr, ümumi sahəsi isə 117,787 min kvadratmetrdir.*
B.Rüstəmbəyov