Rusiyanın neft kəməri infrastrukturuna malik Azərbaycanla müzakirə edəcəyi mövzular var. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün nəticələrini şərh edərkən bildirib.
Neftin tranzitinin müzakirə edilib-edilməməsi ilə bağlı suala Novak belə cavab verib: “Azərbaycan neft kəməri infrastrukturuna malikdir, bununla bağlı müzakirə üçün mövzularımız var”.
“Svopla bağlı müzakirələr aparılmayıb”, - deyə o vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, Rusiya və Azərbaycanın “həm neft, həm də qaz sahəsində birgə layihələri var, şirkətlərimiz Azərbaycan şirkətləri ilə işləyir”.*