“MİDA” MMC Şirvan şəhərində yaşayış kompleksinin tikintisi layihəsinin qiymətləndirilməsi üçün şirkət seçir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir.
Yaşayış kompleksinin Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində inşa edilməsi planlaşdırılır.
Şərtlərə görə, podratçı mühəndis-geoloji işlər, məhəllənin və yaşayış evlərinin, sosial obyektlərin memarlıq həlli, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sisteminin hazırlanması və müəllif nəzarəti işlərini həyata keçirməlidir.
Telefon: (+99412) 594-54-01, daxili 239.
Təkliflər 27 oktyabr saat 17.00-dək qəbul olunur.*
B.Rüstəmbəyov