Azərbaycanda koronavirus infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 427-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 68 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı 19,1% artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 931 nəfər təşkil edir.
Virusa yoluxmuş 811 min 998 nəfər (sutka ərzində +48) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 498 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 443 (ötən gün 2 min 518 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 282 min 773 test aparılıb.*
R.Kərimov