Prezident İlham Əliyev Bakı və Astana arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə işlərin sinxronlaşdırılmasını mümkün hesab edir.
“Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik”, - deyə dövlət başçısı oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. “Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir”, - deyə İ.Əliyev vurğulayıb.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.*
R.Kərimov