Oktyabrın 12-13-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərə işgüzar səfər edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər ərzində Azərbaycan Respublikası və Qətər Dövlətinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin üçüncü raundu keçirilib. Məsləhətləşmələrdə Qətər tərəfini xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mureyxi təmsil edib”, - deyə məlumatda bildirilir.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf yolları müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.*
X.Nəsirzadə