Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6629 manat/1EUR səviyyəsində (oktyabrın 13-nə 1.6496 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0265 manat/1RUB səviyyəsində (oktyabrın 13-nə 0.0261 manat/1RUB) müəyyən edib.
Oktyabrın 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0916 manat/1TRY səviyyəsində (oktyabrın 13-nə 0.0915 manat/1TRY) səviyyəsində müəyyən edilib.*
B.Rüstəmbəyov