2021-ci ildə Azərbaycan dünyanın ikinci ən böyük xurma ixracatçısı olub. Bu barədə “vergiler.az”a “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.
“2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyub və İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub. Ötən il Azərbaycandan 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub”, - deyə o bildirib.
A.Qədəşov qeyd edib ki, bu göstərici ilə dünya bazarında Azərbaycanın ixracatdakı payı 2020-ci ildəki 13%-dən 2021-ci ildə 20%-ə yüksəlib”, - deyə o qeyd edib.
Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2021-ci ildə ölkədən 174,158 min ton xurma ixrac edilib ki, bu da bir il öncəki göstəricini 38,5% üstələyir.
Öz növbəsində, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov yerli məhsulun əsasən Rusiya və Ukrayna bazarlarına tədarük edildiyini bildirərək qeyd edib ki, bu ölkələrə məhsul ixracının artırılması mövcud vəziyyətin sabitləşməsindən asılı olacaq.*
B.Rüstəmbəyov