Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında qaz ixracını 22,6% - 16,3 milyard kubmetrə qədər artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, nazir qeyd edib ki, 9 ay ərzində Avropaya 8,3 milyard kubmetr qaz (bütün ixracın 51%-i) tədarük edilib.
Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz ixrac olunub.
Xəbər verildiyi kimi, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 8,2 milyard kubmetri Avropanın payına düşüb. 2022-ci ildə qaz ixracı 22-23 milyard kubmetr həcmində nəzərdə tutulur ki, bunun da 11,5 milyard kubmetri Avropaya ixrac olunacaq.*
A.Əzizov