Stavropol diyarı bu ilin yanvar-sentyabr aylarında quş əti ixracını 4% - 61 min tona qədər artırıb. Bu barədə “İnterfaks”a Qida və emal sənayesi, ticarət və lisenziyalaşdırma üzrə regional Komitədən məlumat verilib.
Əsas idxalçılar Səudiyyə Ərəbistanı (24,2 min ton), Çin (17,6 min ton), BƏƏ (6 min ton), Azərbaycan (2,2 min ton), Özbəkistan (2 min ton), Serbiya (1,5 min ton), Bəhreyn (1,2 min ton) və Monqolustan (1 min ton) olub.
9 ayın yekunları üzrə BƏƏ (7 dəfə), Gürcüstan (3 dəfə), Bəhreyn (75%), Səudiyyə Ərəbistanı, Qabon, Azərbaycan və Serbiyaya (orta hesabla 60%) quş əti ixracı artıb.*
R.Əhmədov