Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Permdə keçirilən “Regionlararası İxrac Forumu-2022” çərçivəsində ticarət nümayəndələrinin onlayn sessiyasında iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin saytına istinadən xəbər verir.
“Tədbirdə Mirsayapov Rusiya mallarının Azərbaycana ixracı üçün perspektiv istiqamətləri (energetika maşınqayırması məhsulları, tikinti materialları və kabel məhsulları, gübrələr, kənd təsərrüfatı texnikası) qeyd edib”, - deyə məlumatda bildirilir.
O, həmçinin qeyd edib ki, Rusiya məhsullarına tələbat Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının zəruriliyi, iri infrastruktur layihələrinin həyata keçirilməsi və s. ilə müəyyən edilir.*
X.Nəsirzadə