Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun oktyabrın 6-da keçirilən Praqa görüşündən sonra Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı verdiyi açıqlamaları yanlış və qəbuledilməz adlandırıb.
“Dünən Fransa prezidentinin Praqa görüşünün nəticələri ilə bağlı bəzi şərhlərini oxuyanda təəccübləndim. Hesab edirəm ki, bu bəyanatlarda münaqişənin gedişi və Fransa tərəfinin bu barədə anlayışı, tərəflərin mövqeyi barədə məlumatlar yoxdur. Buna görə də bu bəyanatlar yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir”, - deyə o, Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bildirib.
“Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik”, - deyə Putin əlavə edib.*