2022-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayında qeydə alınmış 0,9% səviyyəsində inflyasiyaya qarşı 3,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Sentyabrda respublikada inflyasiya 3,1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,4%, qeyri-ərzaq mallarının qiymətləri 2,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin sentyabr ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 15,6% təşkil edib. Cari ilin sentyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% bahalaşıb.
Statistik məlumatlara görə, sentyabrda ət və ət məhsulları 3,8%, çörək və çörək məmulatları 4,6%, spirtli içkilər 0,2%, süd məhsulları 1,4%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, kərə və bitki yağları 1,2%, yumurta 12,5%, tərəvəz 10,3%, balıq və balıq məhsulları 1,3%, tütün məmulatları 1,3% bahalaşıb.
Hesabat ayında meyvə 2,1% ucuzlaşıb.
2022-ci il sentyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,4% (2022-ci ilin avqust ayının sonuna 13,2%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 19,3%, qeyri-ərzaq malları üzrə 7,6%, xidmətlər üzrə 10,2% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova