Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı bir problem görmədiyini bildirib.
“Praqada (oktyabrın 6-da) dar çərçivədə görüşümüz oldu. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də, Ermənistan baş naziri Paşinyan da, Macarıstanın baş naziri Viktor Orban da iştirak edirdi. Həmçinin nümayəndə heyətlərinin iştirakı ilə (Paşinyanla - İF) də görüş keçirdik. Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir problem görmürəm”, - deyə Ərdoğan türkiyəli jurnalistlərin Cənubi Qafqazdakı proseslərlə bağlı sualını cavablandırarkən bildirib.*
N.Abbasova