Ermənistan Azərbaycana mina xəritələrinin hamısını verib və onda hansısa “daha yaxşı və ya dəqiq” xəritə yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Azərbaycan bütün mina xəritələrini aldıqdan sonra onların dəqiqliyinin cəmi 25% təşkil etdiyini deyib.
“(...) Ermənistan Respublikası bütün xəritələrini Azərbaycana verib və özü üçün saxladığı hər hansı “daha yaxşı və ya dəqiq” xəritələrə malik deyil. İndi isə Azərbaycan xəritələri aldıqdan sonra hərbi əsirlərin, əsirlərin və digər saxlanılan şəxslərin qaytarılmasını Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə şərtləndirməyə çalışır”, - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla mövqelərarası zonalardakı erməni hərbçilərin cəsədlərinin çıxarılması barədə razılaşma var. “Bu gün-sabah cəsədlərin çıxarılmasının təşkil edilməsi barədə razılıq mövcuddur”, - deyə Paşinyan bildirib.*