Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Kayseri şəhəri qardaşlaşıb.
Müvafiq sənədi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.
Sənəd birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlığı nəzərdə tutur.
Şəhər təmsilçiləri, həmçinin UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində də əməkdaşlıq edəcəklər.*
B.Rüstəmbəyov