14 oktyabr tarixində Bakı Fond Birjasında (BFB) BOKT “İnternational” QSC-nin tədavül müddəti 18 təqvim ayı olan 2 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyi BFB-nin məlumatına istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 2 milyon manat məbləğində 9 sifariş təqdim edilib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2,000,000 manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 13% təşkil edir, faiz ödənişləri hər 3 təqvim ayında bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 14.04.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
BOKT “International” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. İdarə Heyətinin sədri Nicat Həsənovdur. BOKT-un nizamnamə kapitalı 3 milyon manat, aktivləri 14 milyon 733,326 min manatdır (2020-ci ilin sonuna).*
X.Nəsirzadə