Azərbaycanda koronavirus infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822,485 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 81 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9931 nəfər təşkil edir.
Virusa yoluxmuş 812,087 min nəfər (sutka ərzində +89) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 467 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1897 (ötən gün 2443 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 284,67 min test aparılıb.*
X.Nəsirzadə