İran prezidenti İbrahim Rəisi Tehranın Bakı və İrəvan arasında vasitəçi olmağa hazır olduğunu bəyan edib. İranın “Tasnim” agentliyinin məlumatına görə, o, bu təklifi Astanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə səsləndirib.
“İran İslam Respublikası Azərbaycan Respublikası və Ermənistan arasında mübahisələrin həlli üçün malik olduğu böyük imkanlardan istifadə etməyə hazırdır”, - deyə Rəisi təklif edib.
Prezidentlərin görüşü oktyabrın 13-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.*