“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisi texniki səbəbdən uçuş hava limanına qayıdıb. Bu barədə AZAL-ın məlumatında deyilir.
“AZAL-ın J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.
Məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.*
R.Kərimov