Azərbaycanda koronavirus infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 538-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 58 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı 8,6%-dək azalıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 931 nəfər təşkil edir.
Virusa yoluxmuş 812 min 165 nəfər (sutka ərzində +78) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 442 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 141 (ötən gün 1 min 897 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 286 min 811 test aparılıb.*
R.Kərimov